Yazını böyüt
Yazını kiçilt
Lənkəranda yerləşən evlərdən birindən qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat verilib.
DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı Musa Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.